07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Qalatasaray” İngiltərədən hücumçu alıb
Tarix: 21-01-2021 15:42 | Bölmə: İdman
“Qalatasaray” İngiltərədən hücumçu alıb

İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dərvişoğlu karyerasını tarixi vətəni Türkiyədə davam etdirəcək.

Məlumata görə, gənc futbolçu “Qalatasaray”la anlaşıb.

Bunu Türkiyənin U-21 millisinin üzvünün atası Muzaffer Dərvişoğlu açıqlayıb. Oğlunun menecerliyini edən Dərvişoğlu İstanbul klubu ilə ortaq məxrəcə gəldiklərini və müqavilə imzalayacaqlarını söyləyib.

Qeyd edək ki, Niderlandda anadan olan və futbolun sirlərini orada öyrənən Halil Dərvişoğlu Çempionşip təmsilçisi “Brentford”a ötən ilin əvvəlində “Sparta”dan keçib. 21 yaşlı forvard cari mövsümün ilk yarısını icarə əsasında “Tvente”də keçirib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}