"Qalatasaray" 22 yaşlı hücumçu ilə anlaşıb
Tarix: 25-01-2021 17:50 | Bölmə: İdman
"Qalatasaray" 22 yaşlı hücumçu ilə anlaşıb

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Reyting.az
xəbər verir ki, "sarı-qırmızılar" İngiltərənin "Brentford" komandasından 22 yaşlı hücumçu Halil Dervişoğlunu icarəyə götürüb.

Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvard mövsümün sonunadək "Qalatasaray"da çıxış edəcək.

Qeyd edək ki, Halil Dervişoğlu Niderlandın "Sparta" klubunun yetirməsidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}