16:29 / 09-09-2025
Nepal prezidenti istefa verib
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb
Tarix: 09-09-2025 10:40 | Bölmə: İqtisadiyyat
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb

Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yola düşən qatar  Bakıya çatıb.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, bu dəhlizdən keçən 237-ci qatar Çinin Yivu şəhərindən yola düşmüşdü.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.

TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.




Bölməyə aid digər xəbərlər