17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Arsenal"dan ayrılan futbolçu Yunanıstan klubu ilə müqavilə bağlayıb
Tarix: 26-01-2021 08:57 | Bölmə: İdman
"Arsenal"dan ayrılan futbolçu Yunanıstan klubu ilə müqavilə bağlayıb

Bir neçə gün öncə “Arsenal”dan ayrılan Sokratis Papastatopulosun yeni klubu müəyyənləşib.

Yunanıstanlı futbolçu karyerasını ölkəsində - “Olimpiakos” klubunda davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı müdafiəçi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sokratis daha öncə ölkəsində AEK (Afina) klubunun da formasını geymişdi. Yunanıstan yığmasında 90-dan çox oyun keçirən futbolçu karyerası ərzində “Cenoa”, “Milan”, “Verder”, “Borussiya” (Dortmund) kimi klublarda da çıxış edib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}