Azərbaycan Kuboku: "Sumqayıt" "Səbail"ə məğlub olub
Tarix: 01-02-2021 18:00 | Bölmə: İdman
Azərbaycan Kuboku: "Sumqayıt" "Səbail"ə məğlub olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Məlumata görə, raundun ilk oyununda "Sumqayıt" "Səbail"i qəbul edib.

"Kapital Bank Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in heyətində yeganə qolu 12-ci dəqiqədə Amil Yunanov vurub.

Komandalar arasındakı cavab görüşü fevralın 6-da olacaq.

Qeyd edək ki, günün növbəti matçında "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. 1/4 final mərhələsinin digər iki oyunu fevralın 2-də gerçəkləşəcək. "Keşlə" "Kəpəz"lə, "Neftçi" isə "Zirə" ilə üz-üzə gələcək/Report.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub