17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Qəbələ"nin baş məşqçisi: "Şans həmişə var..."
Tarix: 01-02-2021 20:19 | Bölmə: İdman
"Qəbələ"nin baş məşqçisi: "Şans həmişə var..."

"Kubok oyunları 2 matçdan ibarətdir. Rəqibin səviyyəsi göz önündədir. Əzmkarlıq sayəsində müqavimət göstərmək istəyirdik. Sonda keyfiyyət sözünü dedi. Bununla belə, komandamın oyununa görə şadam".

Bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bütün futbolçulardan istifadə etdiyini söyləyib: "Bu gün üçün ən optimal heyət budur. Murad Musayevə də şans verəcəyik. Bütün günahı müdafiəçilərin üstünə atmaq düzgün deyil. Biz oyuna öz prizmamızdan hazırlaşırıq. "Qarabağ" imkan verdiyi qədər oynadıq".

Baxşıyevın sözlərinə görə, növbəti mərhələ şansları davam edir: "Şans həmişə var. Cavab matçına daha motivasiyalı çıxacağıq. Əlimizdən gələni edəcəyik"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}