Boksçu yarışda aldığı zərbədən ölüb - Video
Tarix: 02-02-2021 18:34 | Bölmə: İdman
Boksçu yarışda aldığı zərbədən ölüb

Pakistan boksçusu Məhəmməd Əslam Xan döyüş vaxtı aldığı zərbənin təsirindən dünyasını dəyişib.

"The Sun" nəşri xəbər verir ki, 27 yaşlı idmançı xeyriyyə qarşılaşmasında Vəli Xan Torinlə üz-üzə gəlib.

Görüşün gedişində M.Ə.Xan nokauta düşüb. Həmin vaxt rinqin kənarında həkimlər olmadığından boksçunu xüsusi klinikaya aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb. İdmançı daxili zədələnmədən xəstəxanada keçinib.

Qeyd edək ki, Məhəmməd Əslam Xan eyni zamanda seçki komissiyasında çalışırdı/Report.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}