21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Messinin müqaviləsi ilə bağlı növbəti qalmaqal böyüyür
Tarix: 03-02-2021 21:21 | Bölmə: İdman
Messinin müqaviləsi ilə bağlı növbəti qalmaqal böyüyür

İspaniya "Barselona"sının kapitanı Lionel Messinin müqaviləsindəki şübhəli detallarda əli olan şəxslərin adları açıqlanıb.

"Barcelona News" nəşri xəbər verir ki, bu işdə klubun sabiq prezidenti Xosep Mariya Bartomeu və vitse-prezidenti Jordi Mestre ilə yanaşı, hazırda Kataloniya təmsilçisində işini davam etdirən baş direktor Oskar Qrau, prezident vəzifəsini yerinə yetirən Karles Tuskets və hüquq departamentinin rəhbəri Roman Qomes Ponti ittiham olunur.

İddiaya görə, argentinalı hücumçunun 2017-ci ildə imzaladığı 4 illik müqavilə qarşılığında ona 555 milyon avro məvacib ödənilib ki, bu da klubun büdcəsində ciddi kəsir yaranmasına səbəb olub.

"Mundo Deportivo" nəşri hazırda "Barselona"nın ümumi borcunun 1 milyard avronu keçdiyini və bu məbləğin 730 milyon avrosunun qısa müddətdə ödənilməli olduğunu yazıb.

İspaniya mətbuatı iddia edir ki, müqavilə detallarının yayılmasından hiddətlənən Messi "Barselona"nı məhkəməyə verməyi və cari mövsümün sonunda komandadan ayrılmağı düşünür. Həmçinin klub "Mundo Deportivo" nəşri ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, 2005-ci ildən "Barselona"da çıxış edən Messinin klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər