İngiltərə Premyer Liqası: "Mançester Siti" xallarını 47-ə çatdırıb
Tarix: 04-02-2021 09:36 | Bölmə: İdman
İngiltərə Premyer Liqası: "Mançester Siti" xallarını 47-ə çatdırıb
İngiltərə Premyer Liqası: "Mançester Siti" xallarını 47-ə çatdırıb

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları davam edir.

Reyting.az
xəbər verir ki, daha beş qarşılaşma olub.

Son çempion “Liverpul” gözlənilmədən evdə “Brayton”a uduzub. Lider “Mançester Siti” isə “Bernli” ilə səfər oyununda qələbə qazanıb.

3 fevral

"Fulhem" – "Lester" - 0:2
Qol: İheanaço, 17. Castin, 44.

"Bernli" – "Mançester Siti" - 0:2
Qol: Q.Jezus, 3. Sterlinq, 38.

"Lids" – "Everton" - 1:2
Qol: Rafinya, 48 – Siqurdsson, 9. Kalvert, 41.

"Aston Villa" – "Vest Hem" - 1:3
Qol: Uotkins, 81 – Souçek, 51. Linqard, 56.

"Liverpul" – "Brayton" - 0:1
Qol: Alzate, 56.

Bu nətilərdən sonra "Mançester Siti" xallarını 47-ə çatdıraraq liderliyini möhkəmləndirib. "Mançester Yunayted" 44 xalla 2-ci, "Lester" 42 xalla 3-cü, "Liverpul" 40 xalla 4-cüdür.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}