AFFA bu klubları cərimələyib
Tarix: 04-02-2021 16:31 | Bölmə: İdman
AFFA bu klubları cərimələyib

AFFA İntizam Komitəsi (İK) "Səbail" klubunu 800 manat məbləğində cərimələyib.

Reyting.az
xəbər verir ki, buna paytaxt təmsilçisinin "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.

"Kəpəz" klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin 4 futbolçusu "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 finalında sarı vərəqə ilə cəzalandırlıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}