21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Beynəlxalq Gimnastika Federasiyası daha iki yarışı ləğv edib
Tarix: 10-02-2021 17:08 | Bölmə: İdman
Beynəlxalq Gimnastika Federasiyası daha iki yarışı ləğv edib

Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli idman gimnastikası üzrə fərdi çoxnövçülük yarışının iki mərhələsi ləğv olunub.

Bu barədə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytı məlumat yayıb.

Dörd etapdan ibarət olan "All-Around World Cup Series" turnirinin yalnız ABŞ-ın Milouoki şəhərindəki mərhələsi baş tutub. Ötən ilin mart və aprel aylarında Almaniyanın Ştutqart, Böyük Britaniyanın Birmingem və Yaponiyanın Tokio şəhərlərində nəzərdə tutulan yarışlar isə koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmışdı.

Son qərara əsasən Ştutqart (20-21 mart) və Birmingem (27 mart) mərhələləri baş tutmayacaq. Mayın 4-də Tokioda keçirilməli olan və olimpiadaya test xarakteri daşıyan yarışla bağlı məsələyə isə hələlik baxılmayıb.

Olimpiya təsnifat sisteminin qaydalarına görə, seriyanın nəticələrini "Tokio-2020"yə vəsiqə kimi təsdiqləmək üçün ən azı üç mərhələ keçirilməli və həm kişilər, həm də qadınlar arasında idman gimnastikasında bu seriyada təşkil olunan üç olimpiya lisenziyası yenidən bölüşdürülməlidir.

Qaydalara əsasən, kvotalar 2019-cu il Dünya Kubokunun təsnifat mərhələlərində komanda yarışlarında ən yüksək yerləri tutan ölkələrə verilir. Beləliklə, Tokio olimpiadası üçün kişi idman gimnastikasında Rusiya, Çin və Yaponiya, qadın idman gimnastikasında isə ABŞ, Çin və Rusiya vəsiqə əldə edib/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər