21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Şahmatçımız ilk görüşdə məğlubiyyətlə üzləşib - Foto
Tarix: 12-02-2021 00:03 | Bölmə: İdman
Şahmatçımız ilk görüşdə məğlubiyyətlə üzləşib

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsi başlayıb.

Reyting.az
-ın məlumatına görə, yarışın altıncı günündə, yarımfinalın ilk oyunlarında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Oyuna qara fiqurlarla başlayan təmsilçimiz ilk görüşdəki məğlubiyyətin əvəzini ağlarla çıxıb. Lakin 3-cü partiyada da So ağ rənglə oynamağından yararlanaraq növbəti dəfə önə çıxıb. Günün son partiyasında isə heç heçə qeydə alınıb və Teymur ilk görüşdə məğlubiyyətlə üzləşib.



Digər yarımfinalda Maqnus Karlesn (Norveç) Maksim Vaşye-Laqravla (Fransa) qarşılaşıb. Matçın taleyini üç oyunda həll edən norveçli dünya çempionu asan qələbə qazanıb – 2,5:0,5. Yarımfinalın ikinci matçları sabah baş tutacaq.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

“Opera Euro Rapid”
Yarımfinal, ilk matç
11 fevral
20:00. Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 2,5:1,5 (1:0, 0:1, 1:0, 0,5:0,5).




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər