21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Teymur Rəcəbov 3-cü yer uğrunda mübarizə aparacaq
Tarix: 13-02-2021 00:26 | Bölmə: İdman
Teymur Rəcəbov 3-cü yer uğrunda mübarizə aparacaq

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinin ikinci matçları keçirilib.

Reyting.az
-ın məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın yeddinci günündə finalçılar müəyyənləşib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Fevralın 11-də keçirilən ilk matçda 1,5:2,5 hesabı ilə uduzan qrossmeysterimiz ikinci oyunda revanş almaq üçün mübarizə aparsa da, istəyini reallaşdıra bilməyib. İlk 2 görüşdə heç-heçə oynayan qrossmeysterimiz üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. Nəticədə 4-cü oyun keçirilməyib və qələbə qazanmaq şansını itirən Rəcəbov 3 matçın yekununa əsasən finala yüksələ bilməyib.

Məğlubiyyətə baxmayaraq, o, 3-cü yer uğrunda yarışacaq. Təmsilçimizin rəqibi digər yarımfinal cütündə Maqnus Karlsenə (Norveç) uduzan Maksim Vaşye-Laqrav (Fransa) olacaq.

Çempion titulu uğrunda görüşdə isə Karlsen Sonu sınağa çəkəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda ilk matçlar fevralın 13-də keçiriləcək, turnirə ertəsi gün yekun vurulacaq.

“Opera Euro Rapid”

Yarımfinal, ikinci matç

12 fevral

20:00. Teymur Rəcəbov (Azərbaycan) - Uesli So (ABŞ) - 1:2 (0,5:0,5, 0,5:0,5, 0:1).(ApaSport)





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər