Azərbaycanın qadın güləşçisi finala yüksəlib
Tarix: 10-06-2021 14:48 | Bölmə: İdman
Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.

Məlumata görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}