Obradoviç Azərbaycan millisindən ayrılır
Tarix: 11-05-2022 18:14 | Bölmə: İdman
Obradoviç Azərbaycan millisindən ayrılır

Milan Obradoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq.

Məlumata görə, serbiyalı mütəxəssis AFFA ilə bu il iyunun 15-də başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Buna səbəb 45 yaşlı baş məşqçinin artıq U-21 yığmasında işləmək istəməməsidir. Obradoviç özünü əsas millidə və ya klub futbolunda sınamaq istəyir. Amma onun milli assosiasiyada başqa vəzifəyə təyinat ala biləcəyi də istisna olunmur/Report.

Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin yanvarında Azərbaycanın U-21 millisinə baş məşqçi təyin olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}