Davaya görə “Traktor”un oyunu yarımçıq dayandırılıb
Tarix: 20-05-2022 07:50 | Bölmə: İdman
Davaya görə “Traktor”un oyunu yarımçıq dayandırılıb

Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti oyuna çıxıb.

Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Lakin “traktor”çuların bu oyunu yarımçıq qalıb. Belə ki, qonaq komandanın futbolçusu Omid Alişah təbrizli fanatlara daş atdığı üçün iki komandanın futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb. Qarşılaşmanın sabah qaldığı yerdən davam etdiriləcəyi bildirilir.

Pandemiyadan bəri ilk dəfə “Traktor”un 70 min fanatı bu oyunda bir araya gəlib və komandalarını qələbəyə səsləyib. Onlar Azərbaycanla da bağlı ənənəvi şüarlarını səsləndiriblər.

“Traktor” 27 turdan sonra 25 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}