Baş məşqçi vəzifədən uzaqlaşdırılacaq
Tarix: 23-01-2023 19:08 | Bölmə: İdman
Baş məşqçi vəzifədən uzaqlaşdırılacaq

"Everton"un baş məşqçisi Frenk Lempard tutduğu vəzifədən uzaqlaşdırılacaq. Reyting.az “Sky Sports”a istinadla bildirir ki, klub rəhbərliyi baş məşqçini dəyişmək qərarı verib.

Dəyişikliyə səbəb kimi bu mövsümdə "Everton" komandasının gözləntiləri doğrulmaması göstərilir.

Xatırladaq ki, "Everton" turnir cədvəlində 19-cu yeri tutur: 20 oyunda 15 xalı var.

Bildirilir ki, növbəti turda "Everton" Premyer Liqaya inamla başçılıq edən Londonun "Arsenal" klubu ilə qarşılaşacaq. Qarşılaşma fevralın 4-də olacaq.

Onu da qeyd edək ki, Lempard 2022-ci il yanvarın sonunda baş məşqiçi vəzifəsinə gəlib. O, bundan əvvəl "Çelsi" və "Derbi Kaunti" ilə çalışıb.

ELXAN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}