07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
15 dövlət əmlakı özəlləşdirilib
Tarix: 07-06-2023 18:04 | Bölmə: İqtisadiyyat
15 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Reyting.az
xəbər verir ki, özəlləşdirilən kiçik dövlət müəssisəsi Qazaxın Xanlıqlar kəndində, yarımçıq tikili isə Bakının Qaradağ rayonunda yerləşir.

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 6 500 manat ilkin start qiyməti ilə təklif edilən “Nissan Teana” markalı avtomobil 13 015 manata satılıb.

Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 234 495 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərrac iyunun 20-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}