18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Sabah bəzi rayonlarda qar yağacaq
Tarix: 28-12-2023 13:06 | Bölmə: İqtisadiyyat
Sabah bəzi rayonlarda qar yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısa müddətə sulu qarla qarışıq yağması ehtimalı var.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}