Rusiya dondurulmuş aktivlərlə bağlı dialoqa hazırdır
Tarix: 30-12-2023 11:05 | Bölmə: İqtisadiyyat
Rusiya dondurulmuş aktivlərlə bağlı dialoqa hazırdır

Rusiya Xarici İşlər Nazirliyi dondurulmuş aktivlərin qarşılıqlı mübadiləsi üzrə Rusiyanın dialoqa hazır olduğunu açıqlayıb.

Reyting.az
“RİA Novosti”-yə istinadla bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskinin sözlərinə görə, Moskva dondurulmuş aktivlərlə bağlı vəziyyətin istənilən inkişafına hazırdır. D. Biriçevski deyib ki, Rusiya tərəfi “C” tipli hesablarda vəsaitləri Rusiyanın yurisdiksiyasında yerləşən xarici kontragentlər üçün maraqlı ola biləcək qarşılıqlı mübadilə sxemi təklif edib.

“Yeni birtərəfli sanksiyalar fonunda, rezidentləri potensial olaraq bu cür mübadilədə iştirak edə biləcək xarici ölkələrin hakimiyyət orqanlarının reaksiyasını təxmin etməyə çalışmağın mənasız olduğunu düşünürəm. Qarşı tərəf dialoqa hazırdırsa, biz buna açığıq”, - Biriçevski qeyd edib.

O qeyd edib ki, hazırda ABŞ və Avropa İttifaqından gələn məlumatları nikbin adlandırmaq çətindir. Beləliklə, ABŞ-da özlərini Rusiyanın Ukraynadakı hərəkətlərinin qurbanı kimi tanımaq bəhanəsi ilə Rusiyanın ehtiyatlarının müsadirəsini təklif edirlər.

“Bu vəsaitlərin daha sonra hara göndərilməsinin əhəmiyyəti yoxdur - Ukraynaya hərbi dəstək və ya xroniki olaraq çatışmayan Qərb büdcələrindəki boşluqları doldurmaq üçün. Qərbdə hansı varianta gəlirlərsə, biz hansı miqyasda olmasından asılı olmayaraq, Rusiyanın əmlakının oğurlanmasından danışırıq”, - deyə Biriçevski əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər