Azad edilmiş ərazilərə köçənlərdən 1138 nəfərin məşğulluğu təmin edilib
Tarix: 09-01-2024 13:34 | Bölmə: İqtisadiyyat
Azad edilmiş ərazilərə köçənlərdən 1138 nəfərin məşğulluğu təmin edilib

627 min keçmiş məcburi köçkünün (167.773 ailə) FİN əsaslı siyahısı alınıb, təhlili aparılıb.

Reyting.az
xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli brifinqdə bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə köçürülməsi nəzərdə tutulan 129,3 min nəfər şəxsin adlı siyahısı üzrə təhlillər aparılıb. Onlardan 94,4 min nəfəri (73%) əmək qabiliyyətli; 94,4 min şəxsin 18,1 min nəfəri (19,2%) peşəsi (ixtisası) olan şəxslərdir; 76,3 min nəfər ixtisassızdır (80,8%).

Qeyd edilib ki, artıq köç etmiş şəxslərdən 1138 nəfərin məşğulluğu təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsinə dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqları birgə maliyyələşdirilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsi istiqamətində dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqqıları birgə maliyyələşdirilib. İşğaldan azad olunmuş ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb. Proqram çərçivəsində peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb.

Həmçinin qeyd edilib ki, postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 20 596 şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 10 354 şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd olunub.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər