Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb
Tarix: 10-01-2024 09:45 | Bölmə: İqtisadiyyat
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

"APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə isə 2,4 faiz, 2025-ci ildə 2,5 faiz artacağını proqnozlaşdırıb. Bu isə Bankın ötən ilin iyun proqnozu ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Dünya Bankı həmçinin, 2023-cü ildə Azərbaycanda iqtisadi artımın 1,5 faiz təşkil etdiyini açıqlayıb.

Bundan əvvəl BMT 2024-cü il üzrə Azərbaycanda ÜDM-in 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsində artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8 faiz, inflyasiya isə 9,4 faiz təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər