Pərviz Şahbazov: “Azərbaycan təbii qaz ixracını 5 %-dən çox artırıb”
Tarix: 11-01-2024 12:18 | Bölmə: İqtisadiyyat
Pərviz Şahbazov: “Azərbaycan təbii qaz ixracını 5 %-dən çox artırıb”

2023-cü ildə Azərbaycan təbii qaz ixracını 5,3 % artıraraq 23 milyard kubmetrə çatdırıb.

Reyting.az
xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bunun da 11,8 milyard kubmetri Avropaya, 9,5 milyard kubmetri Türkiyəyə, 2,5 milyard kubmetri isə Gürcüstana ixrac olunub.

Onun sözlərinə görə, ötən il ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 5,6 milyard kubmetr qaz tədarük edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}