Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya transferi reallaşır
Tarix: 30-01-2024 08:43 | Bölmə: İqtisadiyyat
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya transferi reallaşır

Dünən Avropa İttifaqının (Aİ) səfirləri Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardım üçün istifadə edilməsi təklifini dəstəkləyiblər.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “X” mikrobloqunda - Avropa İttifaqı Şurasında Belçika sədrliyinin səhifəsində məlumat verilib.

“Aİ səfirləri Ukraynanın bərpasını dəstəkləmək üçün immobilizasiya olunmuş aktivlərlə bağlı gözlənilməz gəlirlərdən istifadə etmək təklifi ilə indicə prinsipial razılığa gəliblər”,-mesajda deyilir.

Qərb mediası yazır ki, söhbət ilk addımda razılıqdan - dondurulmuş aktivlərdən əldə olunan gəlirlərin ayrıca hesaba köçürülməsindən gedir. Sonra onlar pulun Ukraynanın hesabına faktiki köçürülməsi ilə bağlı razılığa gəlməlidirlər.

Əlavə edək ki, bundan əvvəl media ABŞ-ın Rusiya Federasiyasının dondurulmuş 300 milyard dollara yaxın aktivlərini müsadirə edə biləcəyi barədə məlumat vermişdilər. Eyni zamanda, bəzi Avropa rəsmiləri hesab edirlər ki, Aİ maliyyə və hüquqi risklərə görə Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirə edilməsi barədə qərar qəbul edə bilməz.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər