İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalayıb
Tarix: 30-01-2024 17:44 | Bölmə: İqtisadiyyat
İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.

Reyting.az
xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov sosial media hesabında paylaşım edib.

O bildirib ki, sənəd Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında imzalanıb: “Anlaşma Memorandumunun icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək. Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apardıq”.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}