Mərkəzi Bank uçot dərəcəsini endirib
Tarix: 31-01-2024 10:00 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirib

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib.

Reyting.az
xəbər verir ki, bu barədə AMB-dən bildiriblər.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8 faizdən 7.75 faizə, faiz dəhlizinin aşağı həddi 6.5 fazidən 6,25 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8.75 faizə endirilib.

Qeyd edək ki, bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar martın 28-də açıqlanacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər