Rusiyaya qarşı sanksiyalar paketində yeni idxal qadağaları olmayacaq
Tarix: 05-02-2024 18:26 | Bölmə: İqtisadiyyat
Rusiyaya qarşı sanksiyalar paketində yeni idxal qadağaları olmayacaq

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsində yeni idxal qadağaları tətbiq etməyəcək.

Reyting.az
“Reuters”ə istinadla bildirir ki, həm komissiya, həm də Avropa İttifaqına (Aİ) üzv dövlətlər fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzünün ildönümü üçün yeni tədbirlər paketini tez bir zamanda qəbul etmək istəyirlər.

Aİ-nin bəzi ölkələri Rusiyanın alüminium ixracatına qadağa qoyulması çağırışlarına baxmayaraq, Avropa Komissiyası üzv dövlətlər arasında minimum müzakirələrə səbəb olacağına ümid etdiyi tədbirlər paketi təklif edəcək ki, bu, tez bir zamanda qəbul olunsun.

Diplomatlardan birinin sözlərinə görə, 13-cü sanksiyalar paketi Aİ firmalarının ikili təyinatlı mallar sata bilməyəcəyi Rusiya şirkətlərinin siyahısını genişləndirə bilər. Bildirilir ki, 13-cü sanksiyalar paketinin qəbulundan sonra Avropa Komissiyası tezliklə yeni idxal qadağalarını ehtiva edə biləcək 14-cü tədbirlər paketini təklif edəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər