Azərbaycanın ümumi ixracı artır
Tarix: 08-02-2024 15:42 | Bölmə: İqtisadiyyat
Azərbaycanın ümumi ixracı artır

2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bildirib.

İİTKM-nin “İxrac icmalı”nın fevral sayı üzrə açıqlanan ilkin rəqəmlərə əsasən, 2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon ABŞ dollarına bərabər olub.

2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanmış məmulatların ixracı isə 17,4 faiz artıb.

Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 15,4 milyon ABŞ dolları olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər