Rusiya almazlarının ABŞ-a idxalı qadağan ediləcək
Tarix: 09-02-2024 00:35 | Bölmə: İqtisadiyyat
Rusiya almazlarının ABŞ-a idxalı qadağan ediləcək

Çəkisi 1 karat və ya daha çox, başqa yerdə emal edilib-edilməməsindən asılı olmayaraq, 0,5 karat və ya daha çox çəkisi olan qeyri-sənaye almazlarının Rusiya Federasiyasından ABŞ-a idxalı qadağan ediləcək.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, qadağa 2024-cü ilin mart ayının 1-dən qüvvəyə minəcək.

Qeyd olunur ki, qadağaların tətbiqi G7 tərəfindən 2023-cü ilin dekabr ayında Rusiyada hasil edilən və ya çıxarılan almazların idxalını mərhələli şəkildə məhdudlaşdırmaq üçün götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədi daşıyır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər