Fermerlərin etirazı yükdaşıyanlara ziyan vurur
Tarix: 09-02-2024 08:54 | Bölmə: İqtisadiyyat
Fermerlərin etirazı yükdaşıyanlara ziyan vurur

İspaniyada yükdaşıyıcılar hər gün 35 milyon avro gəlirdən məhrum olurlar.

Reyting.az
xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat dərc edib. Məlumatda deyilir ki, ispaniyalı fermerlər ölkənin bütün yollarını traktorlarla blokadaya alıblar.

İspaniya yük nəqliyyatı konfederasiyası rəsmilərinin açıqlamasına görə, fermerlərin etiraz aksiyası 75 min yükdaşıyıcıya hər gün orta hesabla 35 milyon avroya başa gəlir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər