Keçmiş məcburi köçkünlərin “çörəkpulu” ilə bağlı - Açıqlama
Tarix: 01-03-2024 13:52 | Bölmə: İqtisadiyyat
Keçmiş məcburi köçkünlərin “çörəkpulu” ilə bağlı - Açıqlama

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 iyun tarixli Fərmanı ilə fərdi yaşayış evlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə ayda 60 manat, kompakt yaşayış yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə isə ayda 33 manat olmaqla vahid aylıq müavinət ödənilir.

Fevral ayının müavinatının verilməməsi məcburi köçkünlərdə böyük narahatlıq yaradıb. Sosial şəbəkədə bu müavinatın daha verilməyəcəyi haqqında yayılan əsassız iddialara görə məcburi köçkünlər çaş-baş qalıb.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, aylıq müavinat dayandırılmayıb:

"Nəzərinizə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi’’ Qaydası ilə tənzimlənir. Belə ki, vahid aylıq müavinətin ödənilməsi bir qayda olaraq, hər ayın sonunadək icra edilir. Fevral ayı üçün ödənişin bu gün bütün rayonlar üzrə bu gün tam başa çatdırılması nəzərdə tutulub".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər