Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Tarix: 04-03-2024 13:02 | Bölmə: İqtisadiyyat
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Sabah Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək.

Energetika Nazirliyindən Reyting.az-a verilən məlumata görə, iclasda Azərbaycanı komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Qazaxıstan tərəfdən komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər