Qida Təhlükəsizliyi İnstitutu portaldan kənar 192 min manatlıq müqavilə imzalayıb
Tarix: 04-03-2024 15:12 | Bölmə: İqtisadiyyat
Qida Təhlükəsizliyi İnstitutu portaldan kənar 192 min manatlıq müqavilə imzalayıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu “Caspian Event Organisers” MMC (VÖEN – 1303661631) ilə satınalma müqaviləsi imzalayıb.

Reyting.az
Yeniavaz.com-a istinadla xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutu 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” sərgisində iştirakla əlaqədar icarə, stendin qurulması və s. xidmətlərin satın alınması məqəsdi ilə “Caspian Event Organisers” MMC-yə 192 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Caspian Event Organisers” MMC 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 400 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 4, m. 103-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hidayətzadə Bəhruz Tofiq oğludur.

Onu da qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində isə göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər