Səfər Mehdiyev özünə şirkət qurub, polkovniki direktor təyin edib
Tarix: 05-03-2024 17:55 | Bölmə: İqtisadiyyat
Səfər Mehdiyev özünə şirkət qurub, polkovniki direktor təyin edib

Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib.

Məlumata görə, plkovnik işdən çıxdıqdan biray sonra "APF Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.

Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyəti sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı , otelçilik və qida sektoru.

Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir.

Əldə etdiyimiz digər məlumata görə, "APF Group" MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir. Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb.

Qeyd edək ki, Fuad Əlizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub(Qaynarinfo)





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}