Avropa ölkələrində zeytun yağı bahalaşıb
Tarix: 09-03-2024 14:44 | Bölmə: İqtisadiyyat
Avropa ölkələrində zeytun yağı bahalaşıb

Avropa bazarlarında həmişə böyük tələbat olan zeytun yağının qiyməti artıb. Bu səbəbdən İtaliyada əhalinin əksəriyyəti daima istifadə etdikləri zeytun yağından imtina etməyə başlayıb.

Reyting.az
xəbər verir ki, Piepoli İnstitutunun araşdırmasına görə, bir çox italyan bitki yağından istifadə etmək məcburiyyətində qalıb.

İtaliyanın Apennin adalarının sakinləri də qiymətlərlə bağlı çətinliklə üzləşiblər. Bildirilir ki, hər üç istehlakçıdan biri Aralıq dənizində qida pəhrizinin əsası hesab edilən zeytun yağından istifadəni azaldıb. Piepoli İnstitutunun sorğusunda iştirak edənlərin əksəriyyəti artıq bitki yağından istifadə etdiyini deyib.

Tədqiqat müəlliflərinin bildirdiyinə görə, bu gün İtaliyada supermarketlərdə bir şüşə zeytun yağının orta qiyməti 4 avrodan 9 avroya qədər artıb.

Qeyd edək ki, Avropa ölkələrində daha çox istifadə edilən bu məhsulun bahalaşması təkcə İtaliyada baş vermir. Oxşar vəziyyətə düçar olan, xüsusilə də enerji böhranından, quraqlıqdan və inflyasiyadan əziyyət çəkən digər Avropa ölkələrində də zeytun yağının qiyməti sürətlə artmaqdadır.

Ekspertlərin fikrincə, belə davam edərsə, bir şüşə zeytun yağının qiyməti 9 avrodan da baha satıla bilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər