Vergi işçilərinə verilən mükafatların sayı artırılır
Tarix: 12-03-2024 16:21 | Bölmə: İqtisadiyyat
Vergi işçilərinə verilən mükafatların sayı artırılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarının vəzifəli şəxslərinə verilən mükafatların sayı 6-dan 8-ə çatdırılacaq.

Məlumata görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklə bağlı qanun layihəsində əksini tapıb.

Yenilənəcək əsasnaməyə əsasən, xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə görə vəzifəli şəxslər “fəxri vergi orqanı işçisi” və “döş nişanı” ilə təltif ediləcəklər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər