İki milyard dollarlıq razılaşmanın icrası dayandırılıb
Tarix: 14-03-2024 11:04 | Bölmə: İqtisadiyyat
İki milyard dollarlıq razılaşmanın icrası dayandırılıb

Enerji şirkəti BP və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) İsrailin enerji şirkəti NevMed-in səhmlərinin 50 faizini almaq üçün 2 milyard dollar təklif etsələr də, sonradan müharibə səbəbindən qərardan imtina ediblər.

Reyting.az
xəbər verir ki, “NevMed Energy Limited Partnership” açıqlamasına görə, şirkətlər "xarici mühitdə yaranan qeyri-müəyyənlik” səbəbiylə planlaşdırılan səhm alışı ilə bağlı danışıqları dayandırmağa razı olublar.

Qeyd olunub ki, BP və ADNOC sözügedən səhm alışında maraqlarını yeniləyəcək:

“Danışıqlar yenidən başlanana və ya tamamilə dayandırılana qədər proses dayandırılmış vəziyyətdə qalacaq. Danışıqların davam edib-etməyəcəyinə dair heç bir əminlik yoxdur”.

Xatırladaq ki, BP və ADNOC keçən ilin mart ayında “NevMed”-in səhmlərinin 50 faizini almaq üçün məcburi olmayan təklif irəli sürdüklərini elan ediblər. Səhm alışının dəyərinin 2 milyard dollara çatacağı təxmin edilirdi.

“NevMed” İsrailin ən böyük qaz yatağı olan Leviathanda 45 faiz, Afrodita yatağında isə 30 faiz paya malikdir. Müqavilənin dayandırılması nəticəsində şirkətin səhmləri Təl-Əviv birjasında 8 faizə qədər ucuzlaşıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər