BVF Ukraynaya 880 milyon dollar ayırıb
Tarix: 22-03-2024 09:01 | Bölmə: İqtisadiyyat
BVF Ukraynaya 880 milyon dollar ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Ukraynaya təxminən 880 milyon dollar məbləğində dördüncü tranşın ayrılmasını təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, BVF-nin saytında maliyyənin iki-üç gün ərzində Ukraynaya daxil olacağı bildirilir.

Qeyd edilir ki, 2023-cü il ərzində Ukrayna iqtisadiyyatı, xüsusən də güclü artım templəri, kəskin inflyasiya və kifayət qədər ehtiyat səviyyəsinin saxlanması sayəsində gözləniləndən daha möhkəm olub. BVF Ukraynanın 2024-cü ildə bəzi əlverişsiz amillərlə üzləşəcəyini proqnozlaşdırır və iqtisadi artımın 3-4 faiz azalacağını gözləyir.

BVF-nin Ukraynadakı missiyasının rəhbəri Qavin Qrey bildirib ki, Ukraynaya vəsaitin 2-3 gün ərzində daxil olacağı gözlənilir.

Ukraynanın baş naziri Denis Şmıqalın sözlərinə görə, bunlar ən mühüm büdcə xərclərini ödəmək üçün vəsaitlərdir və bu, makromaliyyə sabitliyinin davam etdirilməsinə kömək etməlidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər