Bitcoin ucuzlaşıb
Tarix: 19-04-2024 10:39 | Bölmə: İqtisadiyyat
Bitcoin ucuzlaşıb

İsrailin İrana hücum etməsi xəbərindən sonra kriptovalyuta bazarında sürətli eniş başlayıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması kriptovalyuta bazarlarına mənfi təsir göstərməkdə davam edir.

"Coinmarketcap" analiz şirkətinin məlumatlarına görə, İsrailin İrana son hücum xəbərindən sonra ABŞ dolları dünya bazarında bahalaşır, buna paralel olaraq ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti birjalarda ucuzlaşır: "Artıq bu gün səhər bitcoin daha 5,6 faiz ucuzlaşaraq 59 961 dollar olub. Halubki, bu gün Bakı vaxtilə saat 09.30-da bu, 62 min 59 dollar idi..."

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}