Komitə sədri: "Dövlət orqanlarında daxili nəzarət mühiti gücləndirilməlidir"
Tarix: 19-04-2024 12:43 | Bölmə: İqtisadiyyat
Komitə sədri: "Dövlət orqanlarında daxili nəzarət mühiti gücləndirilməlidir"

"Azərbaycanda büdcə qanunvericiliyinin və dövlət satınalma qaydalarının pozulması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını və elektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinə çevrilib".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bugünkü iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, Hesablama Palatasının hesabatında 2023-cü ildə aparılan 31 uyğunluq auditindən 27-də büdcə qanunvericiliyinin pozulması, yenə 27-də dövlət satınalmaları qaydalarının pozulması, hallarına rast gəlinməsi göstərilib.

Onun sözlərinə görə, son zamanlar bu istiqamətdə qanunvericilikdə edilən dəyişikliklər nəzarət mexanizmlərinin innovativ həllər üzərində qurulmasının dövlət siyasəti olduğunu göstərir: “Bununla yanaşı, hesabatda göstərildiyi kimi, biz də dövlət orqanlarında daxili nəzarət mühitinin gücləndirilməsini, dövlət vəsaitinin proqnozlaşdırılması prosesinin təkmilləşdirilməsni, xərclərin düzgün rəsmiləşdirilməsini prosesinin gücləndirilməsini vacib sayırıq. Eyni zamanda, hesabatda göstərilən dövlət orqanlarında tez-tez rast gəlinən nöqsanlar bizə bir daha qanunvericilik aktlarında təkmilləşmələr aparmağa, hökumətə isə qəbul etdiyi qayda və normativləri yeniləməyə sövq edir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər