Rusiyaya daha sərt idaxal-ixrac qadağası təklif olunur
Tarix: 26-04-2024 08:00 | Bölmə: İqtisadiyyat
Rusiyaya daha sərt idaxal-ixrac qadağası təklif olunur

Finlandiya Milli Gömrük İdarəsinin yeni rəhbəri Sami Rakşit Rusiyaya qarşı sanksiyalara münasibətdə köklü dəyişikliklər təklif edib.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumatına görə, S. Rakşit deyib ki, Rusiya Federasiyasına yalnız ayrıca icazə verilən mallar ixrac edilməlidir. Rakşit hər şeyin ixracını və idxalını qadağan etməyi təklif edib.

S. Rakşitin sözlərinə görə, Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların icrasına nəzarəti gücləndirməlidir.

"Helsingin Sanomat" qəzetinə verdiyi bir müsahibəsində S. Rakşit bildirib ki, hazırkı sanksiyalar görünməmiş dərəcədə geniş olsa da, onların həyata keçirilməsində bir sıra boşluqlar var.

Verkkouutiset.fi-dəki məqalədə isə qeyd olunur ki, hazırda bu cür mövcud sistemi nəzərə almaq gərəkdir və məhsulların Rusiyaya ixracı həmişə ayrıca əsaslandırılmalıdır:

"Əgər bu baş verərsə, belə xətt olarsa, artıq o vaxt Rusiya da mülki məhsulları idxal etməklə həmin boşluqlardan heç vəchlə istifadə edə bilməyəcək, çünki Rusiyada hər şey hərbi məqsədlər üçün istifadə olunur".


S. Rakşit

S. Rakşit həmçinin təklif edir ki, gərək Aİ ABŞ-ın etdiyi kimi, öz ərazisindən qıraqda sanksiyalar tətbiq etsin. Gömrük rəhbəri nümunə kimi Mərkəzi Asiyanı misal çəkib. Rakşit söyləyib ki, Mərkəzi Asiya ölkələri Qərb texnologiyaları baxımından mühüm tranzit dövlətlərdir və son nəticədə belə bir tranzit imkanların yaradılması Rusiya silahlarının hazırlanmasında da istifadə olunur.

S. Rakşit daha sonra deyib: "Əgər Avropa İttifaqında müdaxilə zəruri hesab edilirsə, nəyə görə biz təsir vasitəsi kimi xüsusi texnologiya hazırlamağa başlamayaq?".

Finlandiyanın nüfuzlu nəşrinin yazdığına görə, Rakşit deyib: "Hazırda sanksiyaların effektivliyinin monitorinqi bir növ siçan-pişik oyunudur. Rusiya daima sanksiyalardan yan keçməkdən ötrü yeni yollar icad edir. Buna qarşı hərəkətlər isə sanksiyalardan yan keçməyi çətinləşdirəcək və Rusiyaya idxal olunan malların qiymətini artıracaq”.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər