20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqlədi
Tarix: 30-11-2018 11:21 | Bölmə: İqtisadiyyat
Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqlədi

Milli Məclisin noyabrın 30-da keçirilən iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin müzakirəsi başa çatıb.

Reyting.az bildirir ki, parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 milyon manat, xərclərini 25 190 milyon manat, büdcə kəsrini 2 022 milyon manat səviyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 milyon manatı ARDNF-dan transfertlərin, 3 702,6 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı isə digər gəlirlərin payına düşür.

2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 dollar nəzərdə tutulub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər