12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ölkəmizdə orta aylıq əməkhaqqı artıb
Tarix: 13-08-2024 12:15 | Bölmə: İqtisadiyyat
Ölkəmizdə orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8,8 % artaraq 1 002,8 manat təşkil edib.

Reyting.az
Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 760,8 min nəfər olub, onlardan 887,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 873,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 %-i təhsil, 12,8 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər