12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hansı məhsullar bahalaşıb? - Siyahı
Tarix: 13-08-2024 13:03 | Bölmə: İqtisadiyyat
Hansı məhsullar bahalaşıb?

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, iyul ayında əvvəlki aya nisbətən ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər