13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır
Tarix: 20-08-2024 09:42 | Bölmə: İqtisadiyyat
Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır

Naxçıvan Muxtar Respublikasının "Yaşıl enerji" Konsepsiyasının hazırlanmasına başlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Energetika Xidmətindən bildiriblər.

Məlumata görə, muxtar respublika ərazisində “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi 7 992 hektar əkinə yararsız torpaq sahələri müəyyənləşib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda muxtar respublikanın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması, dövlət-özəl tərəfdaşlığı ilə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulub.(Report)




Bölməyə aid digər xəbərlər