12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət Xidməti büdcəyə 122,8 milyon manat köçürüb
Tarix: 21-08-2024 10:22 | Bölmə: İqtisadiyyat
Dövlət Xidməti büdcəyə 122,8 milyon manat köçürüb

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz çox - 122,8 milyon manat köçürüb.

Reyting.az
dövlət qurumuna istinadla xəbər verir ki, 7 aylıq ödənişin 100,7 milyon manatı (45,95 % çox) özəlləşdirmə, 22,1 milyon manatı (14,5 % çox) isə icarə hesabınadır.

Hesabat dövründə Dövlət Xidməti 35 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bildirilir ki, hərraca çıxarılmış dövlət əmlakları üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

Qeyd olunur ki, ötən 7 ayda 2 231 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 350-si qeyri-yaşayış, 1 881-i isə torpaq sahələrinə aid olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər