12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Alman brendləri yoxa çıxır
Tarix: 26-08-2024 08:22 | Bölmə: İqtisadiyyat
Alman brendləri yoxa çıxır

Almaniyada şəhər mədəniyyətinin bir hissəsi olan dəb mağazaları yoxa çıxır.

Reyting.az
xəbər verir ki, bu barədə analitik Ahmet Özay “Yeni Şafak” portalı üçün qələmə aldığı məqalədə yazıb.

Qeyd olunur ki, Almaniyada son illərdə irili-xırdalı minlərlə şirkət iflasa uğrayıb, bir çox tanınmış brendlərin sadəcə adı qalıb.

“2023-cü il ərzində Almaniyada 17,82 min şirkət müflis olub ki, bu da bir il əvvəlkindən 22 faiz çoxdur”, - yazan Özay bildirib ki, iflas dalğası daşıyıcılara, təmir sexlərinə, çörək zavodlarına və şəbəkə şirkətlərinə aman verməyib.

Ölkənin şəhər mədəniyyətinin bir hissəsi olan dəb mağazaları da yoxa çıxır. Məqalə müəllifi xüsusilə, “Gery Weber”, “Esprit” və “Reno” şirkətlərinin çətinliklərlə üzləşdiyini qeyd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər