13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Deputata məxsus şirkət bir tender layihəsini qazanıb
Tarix: 27-08-2024 11:57 | Bölmə: İqtisadiyyat
Deputata məxsus şirkət bir tender layihəsini qazanıb

"Yeni Klinika"nın Monitorların satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Reyting.az
32gun.az-a istinadla bildirir ki, tenderin qalibi "Ultra Technoligies" MMC olub. Tərəflər arasında 118.463,15 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən klinika 5 ədəd monitor, 5 ədəd videokamera ilə təmin olunacaq.

Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan Ultra Technologies MMC-nin qanuni təmsilçisi Məhəmməd Zülfüqarlı Zülfüqar Oğludur.

Xatırladaq ki, Yeni klinika"nın direktoru Barat Yusubovdur.

Mətbuatda gedən məlumatlara görə, adıçəkilənşirkət Milli Məclisin VI çağırış deputatı olmuş Tahir Mirkişiliyə məxsusdur.

Tahir Mirkişilinin tərcümeyi-halında onun 2000-2011-ci illərdə adıçəkilən şirkətdə müxtəlif vəzifələrdə, o cümlədən direktor vəzifəsində çalışıb. Bu da şirkətin Tahir Mirkişiliyə bağlı olduğuna dair şübhələri daha da artırır.




Bölməyə aid digər xəbərlər