13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Azərbaycan Xorvatiyaya qaz təchizatına başlayıb
Tarix: 02-09-2024 13:13 | Bölmə: İqtisadiyyat
Azərbaycan Xorvatiyaya qaz təchizatına başlayıb

Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xorvatiyaya qaz təchizatına başlanıyıb.

Reyting.az
SOCAR-a istinadla bildirir ki, Azərbaycan və Xorvatiya hökumətləri arasında mövcud olan əməkdaşlıq nəticəsində qış mövsümü ərəfəsində Azərbaycan qazının PPD şirkəti və MET Qrup vasitəsilə Xorvatiyaya çatdırılması ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu daha da möhkəmləndirir.

Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olan bu hadisə SOCAR-ın Avropa daxili bazarları üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməklə qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Beləliklə, Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkə olub.




Bölməyə aid digər xəbərlər