Avropa böhrandan çıxmağın yolunu axtarır
Tarix: 10-09-2024 11:15 | Bölmə: İqtisadiyyat
Avropa böhrandan çıxmağın yolunu axtarır

Avropa iqtisadi tənəzzülün qarşısını almaq üçün plan təqdim edib. 328 səhifəlik sənədi Avropa Mərkəzi Bankının (AMB) keçmiş prezidenti Mario Draqi hazırlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Mario Draqinin fikrincə, Avropa İttifaqı (Aİ) zəif inkişaf və aşağı məhsuldarlıq dövründən çıxarılmalıdır.

M. Draqi qeyd edib ki, Avropa ABŞ və Çindən geri qalır, ona görə də müdafiə və sənaye infrastrukturunu maliyyələşdirmək üçün yeni ümumi borclar verilməlidir.

Amerika mətbuatının yazdığı kimi, Avropa 2050-ci ilə qədər istixana qazlarının emissiyasını sıfıra endirməyi qarşısına məqsəd qoyub. Draqi texnologiyaları inkişaf etdirmək və sonradan bütün dünyaya ixrac üçün bundan istifadə edilməli olduğunu bildirir.

“Biz elə bir nöqtəyə gəldik ki, hərəkətsizlik bizi ya rifahımıza, ətraf mühitimizə və ya azadlığımıza güzəştə getməyə məcbur edəcək”, - M. Draqi deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər